M.ə.Rəsulzadə bələdiyyəsinin yaydığı məlumata görə, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə əlaqədar 15 oktyabr 2015-ci il tarixdə M.ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində yerləşən 30, 99, 100, 115, 143 saylı tam orta məktəblərin 7-8-ci sinif şagirdləri üçün Bakı şəhərinin mədəni irsinin təbliğ olunması məqsədilə “şəhər turu” təşkil olunub.
“şəhər turu”nda M.ə.Rəsulzadə Bələdiyyəsinin sədr müavini Leyli Tahirova, Yerli sosial məsələləri daimi komissiyasının sədri Jalə Tofiqqızı, Yerli ekologiya məsələləri daimi komissiyasının sədri şaiq Qəhrəmanov, Yerli büdcə məsələləri daimi komissiyasının üzvü Günel Vahabzadə, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən beş tam orta məktəblərin 50-dən çox müəllim və şagird heyəti iştirak edib.
əvvəlcə şagirdlərə məlumat verilmişdir ki, dərin köklərə malik dövlətçiliyimizdə mühüm yer tutan 18 oktyabr günü Azərbaycanın tarix salnaməsinə xalqımızın milli azadlığını, müstəqilliyini əldə etdiyi möhtəşəm hadisə kimi daxil olmuşdur. Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər əliyevin qayıdışından sonra əldə olunub.
"şəhər turu" marşrutunun uzunluğu 23 km., turun müddəti isə 2 saat, marşrut xətti 15 dayanacaq nöqtəsini əhatə edib. Bunlar Azadlıq meydanı; Heydər əliyev Mərkəzi; Müasir incəsənət Muzeyi; Qız qalası; "Four Seasons" mehmanxanası, "içərişəhər" metro stansiyası; Alov qüllələri; Dağüstü Park; "Bəhram Gur" heykəli; Azərbaycan Dövlət Bayrağı Meydanı; "Panorama" əyləncə çarxı; "Azneft" Meydanı; Kukla teatrı; Muzey Mərkəzidir.
şagirdlər avtobusda qulaqcıqlar vasitəsilə audiobələdçi sistemindən istifadə edərək hərəkət olunan marşrut üzrə Bakı şəhərinin tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə əyani şəkildə tanış olmuş və aidiyyəti məlumatları əldə ediblər.
BELEDiYYE.iNFO
|
|
|
|
|
|
|
|